Now Reading:
“DƏRMANLARIN VAHİD QİYMƏT” SİYASƏTİ İFLASA UĞRAYIR
Full Article 4 minutes read


Dərman qiymətlərinin tənzimlənməsinin ləğv edilməsi ilə bağlı Tarif Şurasının Milli Məclisə təklifinə Səhiyyə Nazirliyi qarşı çıxıb.
Tarif Şurasının dərman vasitələrinni vahid qiymətləndirilməsi siyasətinə 2014-cü ildən başlanılıb. Bu siyasətin dərman vasitələrinni qiymətində müəyyən ucuzlaşmaya səbəb olacağı ilə bağlı açıqlamalar verilsə də, istehlakçılar və ekspertlər çox az sayda dərmanın qiymətində ucuzlaşma olduğunu, bir çox dərmanların isə əksinə, dəfələrlə bahalaşdığını bildirilır.

Az24.org-a daxil olan məlumata görə, Şuranın tənzimləməsindən sonra bəzi dərman vasitələrini ölkəyə leqal yollarla gətirilməsi qeyri-mümkün olub. Çünki həmin dərmanla Tarif Şurası tərəfindən qoyulan qiymət real vəziyyətə uyğun deyil. Yəni dərman vasitəsinə qoyulan qiymət o qədər aşağıdır ki, həmin məbləğə nəinki dərmanı ölkəyə gətirib satmaq, heç istehsal olunan ölkədə almaq mümkün deyil.

ZƏRURİ QEYD: Tarif Şurası dərmanların qiymətləndirilməsi zamanı həmin vasitələrin istrhsal qiymətini deyil, tərkibindəki kimyəvi və ya qeyri-kimyəvi maddələrin istifadə miqdarına görə minimum qiymətini hesablayır.
Bu isə ona gətirib çıxarır ki, həmin dərman vasitələrinə o qədər aşağı qiymət qoyulur k, leqal yolla ölkəyə gətirilməsi mümkünsüz olur. Lakin sirr deyil ki, ölkəmizin apteklərində həmin dərman vasitələri bu gün də satışdadır. Bunun isə səbəbi təlabat olan vasitələrin qeyr-leqal yolla, yəni kontrabanda yolu ilə gətirilməsidir. Gömrük və vergi sisteminə daxil olmadan ölkəyə daxil olan bu dərmanlar hazırda satışda olsa da, Tarif Şurasının müəyyənləşdirdiyi qiymətdən daha baha satılmaq məcburiyyətindədir. Çünki bu dərmanların başqaları ilə əvəz olunması az qala mümkün deyil. Yeri gəlmişkən onu da qeyd edək ki, Tarif Şurasının qiymətləndirilməsindən sonra leqal yolla idxal olunan dərmanların ölkəmizə illeqal yolla gətirldiyi dövlət orqanlarına məlum olsa da, bunun qarşısını almaqda maraqlı deyillər. Aidiyyatı orqanlar hesab edir ki, bu sahədə tədbirlər görülərsə ölkədə dərman çatışmazlığı yaranacaq ki, bu da əlavə sosial katastroflara yol açacaq. 

Az24.org saytının əldə etdiyi məlumata görə, tənzimləmənin effektivsizliyini müşahidə edən Tarif Şurası dərman vasitələri üçün vahid qiymət tarifinin ləğv edilməsi ilə bağlı Milli Məclisə təklif vermək niyyətinə düşüb. Lakin bu zaman Səhiyyə naziri Oqtay Şirəliyev birmənalı şəkildə bu təklifi rədd edib, hətta bildirib ki, bu sistem böyük əziyyətlə qurulub və ləğvi mümkün deyil.

Bununla da Azərbaycanda dərman vasitələrinin idxalında ikili standart yaranıb. Maraqlıdır ki, hazırda illeqal yollarla ölkəyə gətirilən dərmanlar vasitələri heç bir vergi alınmır. Az24.org saytına daxil olan məlumat da o da bildirilir ki, bu əməliyyat zamanı gömrük işçiləri də əlavə haqq tələb etmir.

Yəni demək olar ki, bütün dərman vasitələrinin ölkəmizdə satışı yenidən bərqərar olsa da, bu zaman dövlət büdcəsinə ödənilən milyonlarla vəsait aradan çıxarılıb. Təbii ki, sözügüdən dərman vasitələrinin qanuni yolla idxalı zamanı tətbiq edilən yüksək keyfiyyətli yoxlama tədbirləri də bu yolla ortadan qaldırılıb. Başqa sözlə, Oqtay Şirəliyev effektivliyi olmayan inadı ilə təkcə dövlət büdcəsinə deyil, həm də vətəndaşların sağlamlığına zərbə vurur.
Qeyd edək ki, 2014-cü il 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilərək dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Dövlət başçısının 2015-ci il 18 mart tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının təsdiq edilməsi, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin olunması tapşırılıb. Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Həmçinin, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Daha sonra Tarif (qiymət) Şurası tərəfindən “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” təsdiq edilərək, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, əczaçılıq forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.

Günel Məmmədova

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.