Now Reading:
Dərman şirkətlərinin İNANILMAZ KƏLƏYİ: Çindən Avropaya, ordan da Azərbaycana yollayırlar
Full Article 1 minutes read

Dərman şirkətlərinin İNANILMAZ KƏLƏYİ: Çindən Avropaya, ordan da Azərbaycana yollayırlar



Publika.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.


Deputat deyib ki, bilolji aktiv maddələrdən həddsiz və dozasız istifadə etmək zərər verə bilər: “Bioloji fəal maddələri dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndiriıməsi, onun reabiltasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq, izah etməlidir. Bütün bunları aydınladırmaq lazımdır”.
M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi məsələsi daim diqqətdə saxlanılmalıdır: “Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bəzi hallarda bizi narahat edən məsələlər var. Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər. Buna görə də bəzi hallarda bizim həkimlərin təyin etdiyi dərmanlar o qədər effekt verilmir. Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatçılıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməldir. Bəlkə də biz 400-500 adda dərmanın qiymətini tənzimləyib, qalanlarının qiymətini şirkətlərin özlərinə həvalə etməliyik”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: