Now Reading:
Dələduzluqda təqsirləndirilən müəllimənin məhkəmə istintaqı yekunlaşıb
Full Article 2 minutes read

Dələduzluqda təqsirləndirilən müəllimənin məhkəmə istintaqı yekunlaşıb

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Prokuror keçmiş polis rəisinin xanımına iş istəyəcək

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

O, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuş Mahir Əkbərovun keçmiş həyat yoldaşıdır.

Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmədə zərərməkmiş tərəf sabiq polis rəisi Mahir Əkbərovun məhkəməyə məcburi gətirilməsi və yenidən dindirilməsi ilə bağlı vəsatəti geri götürüb. Məhkəmə də M.Əkbərovun məhkəməyə məcbiri gətirilməsi ilə bağlı qərarı ləğv edib.

Hakim bildirib ki, M.Əkbərovun ölkədən çıxışına qadağa qüvvədə saxlanılır.

İclasda dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə iclas aprelin 26-na təxirə salınıb.

L.Əkbərovanın işi üzrə bir neçə nəfər zərərçəkən kimi tanınıb. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar.

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə, A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində Mahir Əkbərovun da əlinin olduğunu deyirlər.

Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Vaxtilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyib.

O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə  müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

24saat.org

Mənbə – www.meydan.tv

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.