Now Reading:
Dəhşətli görüntülər: 10 qutu siqaret çəkəndən sonra ağciyər hansı vəziyyətə düşür? (VİDEO)
Full Article 50 second read


Siqaretin zərərli olduğunu hamımız bilirik və praktikada da bunu müşahidə edirik.

Musavat.com saglamolun.com-a istinadən xəbər verir ki, bu vərdiş bir çox xəstəlikləri, o cümıədən xərçəng xəstəliyini törədən səbəblərin arasında ön sıralardadır.

Tütün məmulatlarının insan orqanizminə vurduğu zərərlə bağlı çoxlu araşdırmalar var. Bütün bu araşdırmalar bu məhsulların nə dərəcədə zərərli və təhlükəli olduğunu üzə çıxarır.

Bəs siqaret çəkən adamların ağciyərlərində nə baş verir? Ağciyərə daxil olan tüstü orada hansı izləri buraxır? Bu suallara cavab axtaranlar aşağıdakı videoya baxmalıdırlar. Videoçarxda sadəcə, 200 ədəd (10 qutu) siqaretin ağciyəri hansı günə qoyduğu göstərilir. Bunu aydınlaşdırmaq üçün tədqiqatın müəllifi maraqlı bir təcrübə keçirib: O, donuzun ağciyərini götürüb və daha sonra ona nasos qoşaraq tüstünü ağciyərə vurub.

200 ədəd siqareti “çəkəndən” sonra tədqiqatçı ağciyəri kəsib içərisində baş vermiş dəyişikliyi göstərir. Ortaya çıxan mənzərə insanı dəhşətə gətirir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.