Now Reading:
ÇL-da daha 2 oyuna hakim təyinatı açıqlandı
Full Article 40 second read

ÇL-da daha 2 oyuna hakim təyinatı açıqlandı



Çempionlar Liqasının 1/4 finalında sabah keçiriləcək daha 2 oyun üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Bavariya” – “Real” (Madrid) matçını İtaliya Futbol Federasiyasından Nikola Ritsoli idarə edəcək. Ona Rikkardo Di Fiore və Filippo Meli köməklik edəcək. Dördüncü hakim funksiyasını Elenito Di Libertatore yerinə yetirəcək.

Turun digər oyunu – “Atletiko” (Madrid) – “Lester” matçı isə Yonas Erikssonun başçılıq etdiyi isveçli hakimlər briqadasına həvalə edilib. Ona Mathias Klasenius və Daniel Varnmark köməklik edəcək. Mehmet Kulum isə dördüncü hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.