Now Reading:
Çexiyada 7 medal qazanan Azərbaycan cüdoçuları vətənə dönüblər
Full Article 40 second read

Çexiyada 7 medal qazanan Azərbaycan cüdoçuları vətənə dönüblər



Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa kubokunda 4 qızıl, 1 gümüş və 2 bürüc medal qazanan cüdo üzrə Azərbaycan yığması vətənə dönüb.
Milli komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, Avropa kubokunda Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (+90 kq), Vüsalə Kərimova (40 kq) qızıl, Ayxan Tanrıverdiyev (55 kq) gümüş, Əmrah Səlimli (55 kq) və Cəfər Əkbərli (90 kq) isə bürünc medal qazanıb. Azərbaycan yığması yarışda komanda hesabında birinci olub.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.