Now Reading:
Çeçen fəalın ailəsinə təzyiq göstərildiyi bildirilir
Full Article 2 minutes read


Rusiyanın Çeçenistan regionun hakimiyyəti saxlanmış insan haqları fəalının qohumlarına təzyiq göstərir. Bunu Moskvada mənzillənən Memorial insan haqları mərkəzi bildirir. Söhbət mərkəzin Çeçenistan filialının rəhbəri, marixuana saxlamaq şübhəsiylə həbs olunmuş 60 yaşlı Oyub Titiyev-dən gedir.

Memorial yanvarın 11-də bildirib ki, Titiyev-in Kurçaloy kəndindəki evinə polis basqın edib, onun 28 yaşlı oğlu Bekkhan və qardaşı Yakub-u axtarıb.

İnsan haqları qrupunun məlumatına görə, həmin şəxslərin evdə olmadığını anlayan polis Titiyev-in qohumlarını evdən çıxarıb, qapıları bağlayaraq açarları müsadirə edib. Polis xəbərdarlıq edib ki, Bekkhan və Yakub polisə gəlməsə, digər qohumlara “böyük problemlər” yarana bilər.

Memorial-ın aparıcı üzvü Oleg Orlov-un sözlərinə görə, “aydındır ki, Oyub-u insan haqları fəaliyyətinə görə təqib etməkdən ötrü cinayət işi uydurulub”.

Qurum bildirir ki, Rusiyanın ombudsmanı Tatyana Moskalkova, Rusiya İnsan Haqları Şurasından məsələyə müdaxilə etməsini istəyəcək.

***

Birləşmiş Ştatlar, avropalı təmsilçiləri, Rusiya və xaricdəki insan haqları fəalları Çeçenistanda aparıcı insan haqları fəalının narkotik ittihamıyla saxlanmasını pisləyir, onu dərhal azadlığa buraxmağa çağırır.

ABŞ Dövlət Departamenti yanvarın 10-da bildirib ki, Oyub Titiyev-in saxlanmasından “narahat” olub, bu həbsi “Çeçenistanda silsilə insan haqları pozuntuları barədə xəbərlərdən sonuncusu” sayır.

Moskvada mənzillənən İşgəncələrə qarşı Komitə Titiyev-in saxlanmasını “oğurlama” adlandırıb, onun Rusiya Konstitusiyasında təsbit olunmuş hüquqlarının pozulduğunu bildirib.

Titiyev Rusiyanın məşhur Memorial insan haqları qrupunun Çeçenistan ofisinin rəhbəridir. Rəsmilər polisin onun maşınında 180 qram şübhəli marixuana aşkarlandığını deyirlər. Fəalın narkotik qaçaqçılığında şübhəli sayıldığı bildirilir.

Memorial-ın sədri Aleksandr Cherkasov narkotik ittihamının inandırıcı olmadığını, həbsin daha çox fəalın insan haqları fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.

Almaniya, Avropa Şurası, ATƏT də Titiyev-in həbsini pisləyiblər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.