Now Reading:
CAR parlamenti bu gün yeni prezident seçəcək
Full Article 40 second read


Cənubi Afrika Respublikası (CAR ) parlamenti yeni prezident seçməyə hazırlaşır.

APA-nın “Times Live”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyasının nümayəndəsi Cekson Mtembu məlumat verib.

Yeni prezident bu gün yerli vaxtla saat 14:00-da seçiləcək.

Xatırladaq ki, CAR prezidenti Ceykob Zuma istefa verib. O, xalqa müraciətində heç bir ittihamla razı olmadığını, lakin partiyanın qərarına tabe olduğunu deyib.

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt verib. Müxalifət 2014-cü ildən etibarən C. Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.