Now Reading:
Cahangir Hacıyev 7 milyardlıq əməliyyatda Zərrabla əlbir olub? – İDDİA
Full Article 2 minutes read


ABŞ-ın Federal Təhqiqat Bürosu tərəfindən həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabla bağlı cinayət işinin Azərbaycana uzandığı barədə məlumat vermişdik. AZ24saat.org xatırladır ki, həmin məlumatda “Zərrab işi”ndə azərbaycanlı iş adamlarının da adının hallandırıldığı iddia edilirdi. Həminin iş adamlarının Əhməd Məmmədov və Vidadi Bədəlov olduğu bildirilirdi.

Əhməd Məmmədov “Azərsığorta” şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur. O, “Azəri-Türk Bank”ın “Mərkəz” filialının direktoru vəzifəsində çalışır.

Vidadi Bədəlova gəlincə, onun Türkiyədə iri biznes stukturlarının olduğu bildirilir. Bu iş adamının da Azərbaycan hakimiyyətinə yaxın olduğu iddia edilir.

Bu günlərdə isə Beynəlxalq Bankın keçmiş rəshbəri, maliyyə maxinasiyalarına görə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin də “Zərrab işi”nə dolayısı ilə aidiyyatı olduğu barədə məlumat əldə etmişik.

AZ24saat.org hələ bir müddət əvvəl məlumat yaymışdı ki, Cahangir Hacıyevin həbsinin kökündə müəmmalı maliyyə əməliyyatları dayanır.

Onun adı bank əməliyyatının növlərindən olan Server to Server (S2S) vasitəsilə Türkiyədən 7 milyard dollar pul çıxarmaqda hallandırılır. Məlumatda deyilir ki, bu əməliyyatdan Türkiyə rəhbrəliyi – şəxsən Ərdoğan xəbər tutaraq vəsaitin geri qaytarılmasına nail olub.

Bununla yanaşı, məsələ barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev də məlumatlandırılıb. Dərhal Cahangir Hacıyevin fəaliyyətilə bağlı araşdırmalara başlanıb və bəlli olub ki, bankir bir neçə dəfə belə əməliyyatlar həyata keçirib. Cahangir Hacıyev həmin pulların bir hissəsini yeni iş yerləri adı altında yuyub. Bütün bunlardan sonra bankirin vəzifədən uzaqlaşdırılması və həbs olunması qərara alınıb.

Cahangir Hacıyevin bu əməliyyatlarda Rza Zərrabın dəstəyindən də yararlandığı ehtimal oluna bilər. Digər tərəfdən, həmin pulların yuyulmasında da bankirin Zərrabla işbirliyinə getməsi barədə şübhələr var.

AZ24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.