Now Reading:
Cəmil HƏSƏNLİ: “Hakimiyyətinin tələskənliyinin arxasında beynəlxalq diqqətdən yayınmaq cəhdləri də var” – ÖZƏL
Full Article 3 minutes read


Bu gün ölkə başçısı ilham Əliyevin sərəncamı ilə, Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin olunub. Sərəncama əsasən 2018-ci ildə prezident seçkiləri elan edildiyi kimi oktyabr ayında deyil, apreldə keçiriləcək. 24saat.org saytı seçkinin qəfildən 6 ay əvvələ salınması qərarına Milli Şuranın sədri Cəmil Həsənlinin münasibətini öyrənib:

-Cəmil bəy, bu gün ölkə başçısı İlham Əliyev 11 Apreldə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı münasibətinizini öyrənmək istəyirik.

-Münasibətim mənfidir. Əvvəla, prezident seçkilərinin vaxtı Oktyabrın 17-ə elan olunmuşdu. Ölkədə prezident seçkilərinin vaxtının dəyişmək üçün heç bir fövqəladə vəziyyət yaranmayıb. Sadəcə olaraq hakimiyyətinin burada hansısa niyyətləri var, özü üçün daha əlverişli şəraitdə seçkiləri keçirmək istəyir.
Həm də, məlum olduğu kimi Rusiyada mart ayında seçkilər var. Bütün dünyanın ictimai diqqəti Rusiyada keçiriləcək seçkilərinin üzərində olacaq. Rusiyada qalmaqallı seçki gözlənilir. Hesab edirəm ki, hakimiyyətinin bu tələskənliyinin arxasında Rusiaya seçkilərinin fonunda beynəlxalq diqqətdən yayınmaq cəhdləri də var.

-Cəmil bəy, dediniz ki, ölkədə prezident seçkilərinin vaxtının dəyişmək üçün heç bir fövqəladə vəziyyət yaranmayıb. Ola bilərmi ki, hansısa iqtisadi, sosial kataklizmlər gözlənir və buna görə növbədənkənar prezident seçkiləri təyin edilir?

-Ümumiyyətlə, Azərbaycan hakimiyyəti xalq arasında aybaay, həftəbəhəftə nüfuzunu itirir. Hakimiyyətinin xalq arasında heç bir nüfuzu yoxdur. Zatən Azərbaycan hakimiyyəti seçicinin səsinə də ümid bəsləmir. MSK arayışına, yekun sənədinə ümid bəsləyir. İqtisadi vəziyyət də son dərəcə ağırdır, ÜMD 2 dəfə azalıb. Deməli, insanların gəliri də 2 dəfə azalıb və azalmaqda da davam edir. İşsizlik tüğyan edir.
Belə bir şəraitdə növbədənkənar prezident seçkilərinin təyin edildiyi aprel ayı kütləvi etiraz aksiyalarının keçirilməsi üçün əlverişsizdir, bu məsələnin bir tərəfi. Digər tərəfi, bütün ictimai hərəkatlar, partiyalar oktyabra hazırlaşırdı, işlərini buna uyğun qurmuşdu. Birdən-birə gözlənilməz şəkildə vaxt 6 ay qabağa çəkilir. Bu isə, seçkidə iştiraka meyilli olan partiya, ictimai-siyasi təşkilatlar üçün çox ciddi və əlavə problemlər yaradır.

-Belə başa düşdüm ki, rəhbəri olduğunuz Milli Şura aprel ayında baş tutacaq seçkilərə hazır deyil, eləmi?
-Söhbət hazır olub-olmamaqdan getmir, biz hələ seçkilərdə iştirak edib-etməmə qərarı da verməmişik. Çünki bütün siyasi qüvvələr bu böyük siyasi kampaniyaya hazırlaşanda özü üçün plan tutmuşdu. Birdən-birə seçkilər 6 ay bu qabağa çəkilir və deməli 6 ay vaxt bu seçkiyə qatılmaq fikri olan qurumların əlindən alınır.

-O zaman belə bir sual yaranır – Zahid Oruc 7 dekabr 2017-ci il tarixində Milli Məclisə etdiyi çıxışında təklif etmişdi ki, prezident seçkiləri 7 ay əvvəl, mart ayında keçirilsin.

-Kim demişdi?
-Deputat Zahid Oruc… Həmin bu təklifdən sonra müxalifətin aparıcı qanadı kimi hansısa “B planı” hazırlamadınızmı? Yəni belə bir ehtimal olarsa, biz də bunu edərik kimi…
-Zahid Oruc axı elə bir fiqur deyil ki, ona istinadən hansısa plan olsun.

-Amma oldu…

-Bütün hallarda Zahid Oruc mart ayını demişdi, bu aprelə oldu. Belə şeyləri Zahid Oruc müəyyən etmir, nə də qərar vermir. Görünür hakimiyyətinin özünün hansısa planları, niyyətləri var. Çünki Zahid Orucun çıxışından ayyarım sonra rəsmən hakimiyyət tərəfindən seçkilər oktyabrın 17-ə təyin edilmişdi.
Qurdqanlı
24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.