Now Reading:
Cəbhədə yenə silahların susmadığı deyilir
Full Article 40 second read

Cəbhədə yenə silahların susmadığı deyilir



Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 130 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Ayqedzor, Mosesqex, Çinari kəndlərindən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Ağbulaq kəndlərinin vurulduğu açıqlanıb.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də atəşə tutulduğu qeyd edilib.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəşə məruz qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarındakı Azərbaycan ordusunun mövqeləri də atəşə tutulub.

Nazirlik bildirir ki, Azərbaycan Silahlı Qüvvələri də qarşı tərəfi cavabsız qoymayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.