Now Reading:
Cəbhədə əsgər ölüb
Full Article 50 second read

Cəbhədə əsgər ölüb

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Mayın 12-də qoşunların təmas xəttində atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Rahil Ərəblinin həlak olduğu bildirilir.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Mayın 8-də də Azərbaycan Müdafiə Nazirliyi bir hərbi qulluqçusunun cəbhədə həlak olması ilə bağlı məlumat yaymışdı. Ancaq nazirlik aprelin 2-dən bəri ümumilikdə nə qədər hərbçi itirdiyini açıqlamayıb.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.