Now Reading:
BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər
Full Article 40 second read

BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər



Neftin barelinin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlama yayıb.

Fonddan bildirilib ki, “qara qızıl”ın qiymətinin yüksəlməsi üçün zəruri şərt OPEK – neft ixrac edən ölkələr təşkilatı üzvlərinin hasilatı gündəlik 7 mln. barel azaltmasıdır. BVF-nin hesablamalarına görə, belə olan halda OPEK-in dünya neft bazarında payı 42%-dən 35%-ə azala bilər.

Fonddan həmçinin OPEK-in 2014-cü ildən etibarən fəaliyyətini araşdıraraq bildiriblər ki, bazar payının qorunması və şist neft hasilatçılarının sıxışdırılb bazardan çıxarılması strategiyasını həyata keçirən kartel, neft bazarında sabitliyə nail olmayacaq.

BVF hesabatında vurğulayıb ki, OPEK-in hazırki hasilat həcmini sabit saxlaması halında 2020-ci ilə qədər neftin qiyməti 58 dollar/bareli keçməyəcək.

Xatırladaq ki, “Brent” markalı neftin barelinin qiyməti hazırda 47 dollara bərabərdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.