Now Reading:
Büdcə təşkilatlarının satınalmaları internet səhifələrində yerləşdiriləcək – AÇIQLAMA
Full Article 50 second read


“Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi, “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, iqtisadi sahədə həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılması, açıq hökumətin və korrupsiyaya qarşı mübarizənin təşviqi sahəsində digər işlərin görülməsi nəzərdə tutulub”.

Bunu bizimyol.info-nun sorğusuna cavab olaraq Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirib.

Bu barədə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Vergilər Nazirliyinin 10 may 2016-cı il tarixli əmri ilə “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Vergilər Nazirliyinin 2018-ci il üçün İş Planında qeyd edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.