Now Reading:
Bu yollarda hərəkət məhdudlaşdırılır – DİQQƏT
Full Article 1 minutes read


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində (“Xırdalan” və “VAZ” dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq mayın 7-də saat 11:00-dan etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat daxil olub.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bundan başqa Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Moskva prospekti ilə kəsişməsinədək (“Şamaxinka” deyilən ərazi) hissəsində hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində axşam saat 23:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunel və körpü üzərində tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Amma yol bağlı olmayacaq.

Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: