Advertisements
24 saat

“Bu tarixi hadisədir, arzulayıram ki, televiziyalar da Cümhuriyyət mövzusunda aktiv olsunlar”- Qulu Məhərrəmli


Dünən ölkə başçısı 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etdi. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.

Media eksperti, professor Qulu Məhərrəmli, Moderator.az-a açıqlamasında 2018-ci ilin Cümhuriyyətə həsr olunmasını çox tarixi hadisə sayıb və bütün medianı, xüsusən də televiziyanı bu məsələdə aktiv olmağa çağırıb:

“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması ciddi, tarixi hadisədir. Çünkü indiyə qədər insanlarda, cəmiyyətdə Cümhuriyyətlə bağlı mənəvi əlaqə yoxdu. Yalnız bəzi tarixçilər, araşdırıcılar , o tarixə bələd olanlarda bu hiss var. Çünkü Cümhuriyyət dövrü yaxşı tədris və təbliğ olunmur. Sistemsiz təbliğ olunur. Televiziyalar ümumiyyətlə, bu mövzuya diqqət ayırmayıblar. Yalnız epizodik şəkildə nələrsə nümayiş etdirilib. Halbuki, bu bizim milli dövlətçilik tariximizin çox parlaq səhifəsidir. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunmaqla Azərbaycan anlayışı coğrafi addan siyasi məzmuna keçdi və bütün dünyada siyasi məzmun kəsb etməyə başladı.
İndi bizim əsas vəzifəmiz ürəkdən, qəlbdən, könüldən Azərbaycan Cümhuriyyətinin tarixini oxumaq, öyrənmək və onu təbliğ etmədir. O mənada hesab edirəm ki, prezidentin qərarı çox doğrudur və bu tarixə bələd olanlar, içində Cümhuriyyət sevgisini yaşadanlar üçün həm də bir qürur mənbəyidir. Mən bunu təqdir edirəm və arzulayardım ki, bizim media qurumları, xüsusən də televiziyalar bu tarixi hadisəyə diqqət yetirsinlər. Cümhuriyyətin müxtəlif dövrlərdə, çətin şəraitdəki fəaliyyətini, tarixin qısa dönəmində insanların göstərdiyi fədakarlıqları, insanların dünya çapına çıxarmaqla bağlı gərdüyü işləri işıqlandırsınlar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: