Now Reading:
Bu siqaretlər ucuzlaşdı
Full Article 30 second read


Bakıda bəzi siqaretlərin qiyməti ucuzlaşıb.

az24saat.org Azvision.az-a istinadən xəbər verir ki, “Vest Kompakt” və “Rothmans” siqaretləri bu gündən etibarən 30 qəpik ucuzlaşıb. Bundan əvvəl 1.80 manata satılan siqaretlər indi 1.50 manata müştərilərə təklif olunur.

Əməkdaşımız paytaxtın bir neçə mağazasında müşahidə aparıb. Satıcılar siqaretin ucuzlaşmasını təsdiq ediblər. Bunun hansı səbəbdən olduğu bilinməsə də, digər markalı siqaretlərin də yaxın günlərdə ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycanda ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkmək qadağan olunub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.