Now Reading:
Bu nazirliklər şəffaflığa dair iş planı hazırlayır
Full Article 50 second read


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası icrası üzrə illik iş planları təsdiq edilməlidir. Məqsəd açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsidir.

2018-ci ilin birinci ayı başa çatmaq üzrədir. Cari il üçün hansı mərkəzi və yerli icra hakimiyyəti orqanları şəffaflığa dair iş planını təsdiq edib? Bizimyol.info-nun əməkdaşı bu sualla dövlət qurumlarına informasiya sorğusu göndərib.

Sorğuya cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu qurumun 2018-ci il üçün İş planı təsdiq edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, 2018-ci il üçün İş planı hələ müzakirə olunur: “Plan təsdiqlənəndə ictimaiyyətə məlumat veriləcək”.

Gənclər və İdman Nazirliyindən də bildirilib ki, cari il üçün İş planı üzərində müzakirələr gedir.
bizimyol.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.