Now Reading:
Bu nazirlikdə işə qəbul qaydaları asanlaşdı
Full Article 40 second read


Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olmaq istəyənlər üçün sınaq müddəti azaldılır.

Trend xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Yeni dəyişikliklərə əsasən, peşə fəaliyyətinə buraxılması üçün icbari təlimi uğurla bitirmiş namizədlər altı aylıq (əvvəl 1 illik) stajorluq müddəti müəyyən edilməklə müvafiq vəzifələrə təyin edilirlər.

Stajorluq müddətini müvəffəqiyyətlə bitirmiş işçiyə qulluğa yaralılığını, peşəkarlığını və təyin edildiyi vəzifəyə uyğunluğunu müəyyən etmək üçün 3 (əvvəl 6 aylıq) aylıq sınaq müddəti təyin olunur.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.