Now Reading:
Bu gün Varşavada NATO sammiti başlayır
Full Article 40 second read

Bu gün Varşavada NATO sammiti başlayır



Bu gün Polşanın paytaxtı Varşavada NATO sammiti başlayır.

Sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATOsərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

NATO liderləri 2 günlük görüşdə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsini razılaşdıracaqlar. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı da razılıq əldə edəcəklər.

Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AWACS) göndərilməsi təsdiqlənəcək.

Toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: