Now Reading:
Bu gün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qoyacaq
Full Article 40 second read


Bu gün, aprelin 6-da ABŞ administrasiyası Rusiyanın bir sıra siyasətçiləri və biznesmenlərinə qarşı yeni sanksiyalar açıqlayacaq.

Bu haqda The Wall Street Journal dərgisi administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu dəfəki sanksiyalar da Putinə yaxın olan siyasətçilərə və oliqarxlara şamil ediləcək.

Qeyd edək ki, bu sanksiyalar Rusiyanın Ukrayna ərazisinin bir hissəsini ilhaq etməsinə cavab olaraq tətbiq edilir. Bundan əvvəl ABŞ Rusiyanın 210 siyasət və biznesmeninə qarşı sanksiya tətbiq edib. Sanksiya siyahısında olanlara vizaların verilməsi və onlarla biznes əlaqələrinin qurulmasına məhdudiyyət qoyulur. Növbəti mərhələdə bu şəxslərin hesablarına həbs qoyulması nəzərdə tutulur.

Bastainfo.com

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.