Now Reading:
Bu fotonu 4 milyon insan bəyəndi – İnstaqramda yeni rekord
Full Article 40 second read

Bu fotonu 4 milyon insan bəyəndi – İnstaqramda yeni rekord



İnstaqramda təqibçilərinin sayına görə birinci yerdə olan müğənni Selena Qomez daha bir rekorda imza atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı müğənninin kola şüşəsiylə çəkdirdiyi foto 4 milyon insan tərəfindən bəyənilib, bir milyondan çox isə şərh yazılıb.

Qeyd edək ki, İnstaqram tarixində indiyə qədərki ən çox bəyənilən foto da Selena ilə bağlı olub. Belə ki, onun Castin Biberlə öpüşərkən çəkilən fotosu 3,7 milyon insan tərəfindən bəyənilmişdi.

89,2 milyon təqibçisi olan Selena ən yaxın rəfiqəsi Teylor Svifti (85,1 milyon), Kim Kardaşyanı (76,7 milyon), keçmiş sevgilisi C.Biberi (85,1 milyon) geridə buraxır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.