Now Reading:
“Borcunun qarşılığında arvadını təklif etdi”
Full Article 2 minutes read


Qaynını öldürməkdə ittiham olunan şəxs özünü günahkar bildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə başlayıb. Bizimyol.info xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Abıyev özünü təqsirli bildiyini deyib: “Milyon faiz günahkaram”. O, ifadə vermədən öncə mərhumun atasının zaldan çıxmasını xahiş edib. Lakin atası məhkəmə prosesində hüquqi varies kimi tanındığından zaldan çıxarılmayıb.

Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməyinin səbəbini açıqlayıb: “Borcu var idi. Söhbət edəndə dedi ki, arvadımdan xoşun gəlir? Mən də onu başa saldım ki, ayıbdır. Onu başa saldım. Sonra gedib, adama bir pivə aldıq. İçəndən sonra yenə borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.

Qeyd edək ki, ötən il Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək, oğlu Amin Bayramovun itkin düşdüyünü – bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.

A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. Həbs edilən S.Abıyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.