Now Reading:
BMT-də Azərbaycanda insan hüquqlarının vəziyyəti müzakirə olunacaq
Full Article 1 minutes read

Mayın 15-də BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupu Azərbaycanda insan hüquqlarının vəziyyətini üçüncü dəfə nəzərdən keçirəcək. İclas İnternet üzərindən canlı yayımlanacaq.



 

Azərbaycan UDİ üzrə İşçi Qrupunun 7-18 may tarixlərində baş tutacaq növbəti sessiyası zamanı nəzərdən keçiriləcək 14 dövlətdən biridir. Azərbaycan üzrə birinci və ikinci UDİ baxışları müvafiq olaraq 2009-cu ilin fevral və 2013-cü ilin aprel aylarında keçirilib.

UDİ baxışı aşağıdakı sənədlərin əsasında aparılır: 1) milli hesabat – nəzərdən keçirilən dövlət tərəfindən təqdim olunan məlumatlar; 2) xüsusi prosedurlar üzrə mandat daşıyıcılarının (insan hüquqları üzrə müstəqil ekspertlər və qruplar), insan hüquqları üzrə müqavilə qurumlarının və digər BMT qurumlarının hesabatlarında təqdim olunan məlumatlar; 3) milli insan hüquqları təsisatları, regional təşkilatlar və vətəndaş cəmiyyəti qrupları da daxil olmaqla, digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar.

Üç hesabatla burada tanış olmaq mümkündür: www.ohchr.org/EN/HRBodies/UPR/Pages/AZIndex.aspx

Azərbaycan üzrə müzakirələr mayın 15-də saat 9:00-dan 12:30-dək (Cenevrə vaxtı ilə) keçiriləcək.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edəcək.

Müzakirələrin yekunlarına əsasən mayın 17-də Azərbaycana dair tövsiyələrin qəbulu gözlənilir.

amerikaninsesi.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.