Now Reading:
Biznes lisenziyalarının verilməsi sadələşdiriləcək
Full Article 40 second read


“Lisenziyalar və icazələr” portalının (www.lisenziyalar.gov.az) işə düşməsi ilə əlaqədar olaraq bir sıra mövcud qanunlara dəyişikliklər ediləcək.

“Report” xəbər verir ki, bunu “Lisenziyalar və icazələr” portalının təqdimat mərasimində sahibkarların suallarını cavablandıran iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, artıq müvafiq təkliflər Nazirlər Kabinetinə göndərilib və tezliklə qəbul edilməsi gözlənilir: “Gələn ilin mart ayına qədər dövlət qurumlarının portala inteqrasiyası prosesi başa çatmalıdır. Paralel olaraq “ASAN Xidmət” mərkəzlərində əməkdaşlarımız da çalışacaq. Əgər kiməsə xarici iqtisadi əməliyyatlar üçün lisenziya kağız formada lazım olacaqsa, həmin mərkəzlərdə çalışan əməkdaşlarımız həmin şəxsləri kağız formatda olan icazələrlə təmin edəcək”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.