24 saat

“Bir timsahın saxlanılmasına 400 manat, bir nəfərin yaşayış minimumuna 173 manat hesablanıb”


Bizimyol.info iqtisadçı ekspert Natiq Cəfərli ilə çox maraqlı müsahibəni təqdim edir.

– Natiq müəllim bir neçə gündür mətbuatda təhsil naziri Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi barədə xəbərlərə müxtəlif şərhlər səslənir. Bu yeni təyinatdan nələr gözləmək olar, Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsini sürpriz kimi qiymətləndirmək olarmı?

– Ən azından Mikayıl müəllimin təhsili daha çox iqtisad yönündədir. Bildiyim qədəri ilə ikiali təhsil alıb. Onun iqtisad təhsili idarəetmənin formaca dəyişməsinə səbəb olacaqsa, bundan həm biznes udacaq, həm də dövlətə daxilolmalar artacaq. Burda əsas məsələ onun özü ilə bərabər hansı komandanı gətirməsindən, hansı islahatlar etməsindən çox şey asılıdır. Vergilər sistemində bir çox probelemlər var. Düşünürəm ki o təhsil sahəsindən çox, öz bildiyi sahədə daha faydalı olacaq. Onun təhsil naziri təyin edilməsi həm cəmiyyət üçün, həm mənim özüm üçün daha böyük sürpriz oldu.Mikayıl Cabbarov vaxtilə iqtisadi inkişaf nazirinin müavini işləyib.Bu sahədə müəyyən təcrübəsi var. Normal halda dünyada belə vəzifəyə təyin olan insanlar səhəri gün ictimiyyət qarşısına çıxaraq çalışacağı sahədəki problemlərdən və hansı işlər görəcəyindən, öz planlarından danışır. Təəssüf ki, Azərbycanda belə bir təcrübə yoxdur. Biz ancaq istənilən məmurun gələcəkdə atacağı addımlara görə qiymət verməyə məcbur qalırıq. Yaxşı olardı ki, yeni nazir öz proqramını, problemlərin həll yoluna baxışını ictimaiyyətlə bölüşəydi.

– Bəs təhsil naziri postuna kimin gələcəyini proqnozlaşdırısınız?

-Öz istəyimi deyə bilərəm ki, bunun gənc və enerjili xanım olmasını istəyərdim. Bu Nazirlər Kabinetinin iş sisteminə də yeni bir ab- hava gətirərdi. Avropada Nazirlər Kabinetinin yarısını qadınlar təşkil edir, bizdə isə bir nəfər xanım nazir yoxdur

-İstərdim vergilər sistemindəki mövcud problemlərdən danışasınız.

-Vergi sistemində iki mühümü məsələ var. Birincisi imic məsələsidid. Vergilər Nazirliyi uzun zaman biznes sahəsinin qorxulu röyası olub. Halbuki Vergilər Nazirliyi iş adamlarının dostu olmalıdır. Birinci növbədə bu imic dəyişməlidir. Yeni nazir öz komandası ilə bu işi görsə yaxşı olardı.Vətəndaş Vergilər Nazirliyinə öz problemini həll edən orqan kimi baxmlıdır, nəinki cəza verən orqan kimi. Bunun üçün müxtəlif sahələr üzrə biznes və dəyirmi masalar təşkil edilsə, dialoq mühiti yaradılsa yaxşı olardı. Burda iş adamlrının atacağı addımların vergi orqanları tərəfindən necə qarşılanacağı da müzakirə olunsa yaxşı olardı.

–Vergilər Nazirliyinin tətbiq etdiyi vergi dostu qaydası daha çox kimə qazandırır, nazirliyə ya iş adamlarına?

-Bu qaydanın yaranmasının çox maraqlı tarixçəsi var.Azərbaycanda çox geniş və yüzlərlə maddədi olan Vergi Məcəlləsi var. Dünyanın heç bir ölkəsində belə məcəllə yoxdur. Elə bir şərait yaradılmışdı ki, heç bir iş adamı bundan baş aça bilmirdi. Vergi dostu qaydası tətbiq olunanda iş adamının işi sadələşirdi. O, ümumi bir vergi ödəyirdi. Lakin Azərbaycanda minlərlə iş adamı var və bunun hamıya şamil edilməsi mümkün olmadı. Mənim fikrimcə iş adamları öz vergilərini asan və tez hesablaya bilməlidirlər.Yəni Vergilər məcəlləsində yüzlərlə maddə əvəzinə qısa və lakonik qyda olsa bir neçə böyük və zəruir öhdəlik tətbiq edilsə, hesablamalar sadələşdirilsə bu hər kəsə faydalı olar. Fiziki şəxslərin gəlir vergisi olsa, sadə vətəndaşdan tutmuş böyük vəzifəli məmura qədər hər kəs ildə bir dəfə gəlir bəyannaməsi versə daha yaxşı olar. Bu bizdə vergi mədəniyyətini formalaşdırardı. Vergini ildə bir dəfə əlinlə aparıb təqdim edəndə gözünəgörünərdi və sonra sən bələdiyyədən sənə kanaalizasiya su yol çəkilməsini tələb etməyi baacarardın. Biz indi vergi verdiyimizin fərqində deyilik. Yeni nazir bu sahədə tədbirlər görsə, elə bilirəm ki, hər kəs məmnun qalardı.

-Gələn ilin büdcə layihəsindən nə gözləmək olar?

-Pozitiv tərəfi odur ki, təxminən 4 milyard artım planlanıb. Bu o deməkdir ki, dövlət daha çox pul xərcləyəcə, yeni iş yerləri açılacaq, əhali daha çox qazanacaq

-Bəs maaş və pensiyalarda artım gözlənilirmi, bu hansı dərəcədə olacaq?

-İnsanlar artıq maaaşı və pensiya artımı söhbətlərindən qorxmğa başlayıblar. Çünki artım söhbəti çıxan kimi ilk növbədə bahalaşma baş verir. Gələn ilin büdcə lyihəsinə baxanda böyük artım gözlənilmir. Minimal artım 10 faiz, maksimal artım 15 faiz olacaq.Azərbaycanda ərzaq inflysiyası çox yüksəkdir.Rəsmi rəqəmlərə görə 18 faiz ərzaq inflyasiyası var.Son 3 ildə ərzaq 150 faiz bahalaşıb. Bunun qarşısında maaş 5-10 fazi artıb

–Ölkəmizdə yaaşayış minimumu nə qədər hesablanır?

-173 manat

–Bu günlərdə sosial şəbəkələrdə vətəndaşlar bir ağrılı vəziyyətimizi hətta gülüş obyektinə çevirdilər. Zooparklarda adi kirpinin, eşşəyin saxlanılmasına ayrılan vəsait ölkədə bir insan üçün ayrılan yaşayış minimumundan çoxdur. Yaşayış minimumu düzgün necə hesablanmalıdır?

-Doğrudan belədir. Bəli bir timsahın saxlanılmasına 400 manat sərf olunur. Burda hər şey indiktorlardan asılıdır. Sivil dünyada bu məsələ çoxdan öz həllini tapıb.Yaşayış minimuna kommunl, internet , istirahət xərcləri də daxil edilib. Bizdə isə bu sovetlərdən qalma hesab sistemi ilə aparılır. Bir insanın günlük yağ tükətimi 9 qram hesablanır. Bu 9 qrama uyğun pul ayrılır. Kommunal xərclər 25 manat hesablanır. Avropanın ən kasıb ölkəsi Bolqarıstandır. Orda yaşayış minimumu 195 avrodur, yəni təxminən 390 manat. Amma ərzaq, paltar bizdən ucuzdur kommunal xərclər bizdən ucuzdur. Bu parametlrlərlə müqayisədə bizdə də bunu etmək olar

-Bəs yəqin yuxarıda oturanlar da bunu bilirlər, nə üçün Azərbaycanda bu tətbiq edilmir?

-Məmurlar yalnız bir arqument gətirirlər ki, biz bunu etsək ölkədə ciddi inflyasiyaya səbəb olarıq. Bu doğru arqument deyil.Ölkədə rəqabətli mühit , məhsul bolluğu olrsa bu belə olmaz. Türkiyədə 4 nəfərlik bir ailənin acından ölməməsi üçün ailəyə minimum 4000 lirə yəni 2000 manat daxil olmalıdır.Bizdə 2000 manat alan ailə özünü xoşbəxt hiss edərdi. Lakin belə ailələrin sayı da barmqla göstəriləcək qədər azdır. Azərbaycanda yaşayış minimumunu hesablayarkən 8 ilə 3 üst geyimi ,3 ilə 2 ayaqqabı hesablanır. Üstəlik bunlar baha deyil, ən ucuz geyimlər olmaq şərti ilə.Axı reallıqlda belə deyil. Kim eyni pltonu 8 il geyinir? Bir ayaqqabı 3 il dözürmü? Hökumət rəqəmlərlə rəqs edir. Azərbaaycanda yaşayış minimumunun hesablama qaydaları dünya standartlarına cavab vermir.Yaşayış minumumunu 173 manatda yuxarı qaldırsa hökumət gərək təqaüd və maaşları da artırsın.

–Konkret cavab verməyinizi istətrdim. Azərbaycanın büdcəsi, maliyyə gücü bu stndartları tətbiq etməyə imkan verirmi?

-Çətindir, amma mümkündür . Bəzi xərclər azaldılmalıdır. Tikintiyə böyük pullar ayrılır. Hökumət burda kəsintiyə gedə bilər. Biz mərmər parklarda gəzməsək də olar, bu vəsait maaş və pensiyaya sərf edilə bilər. Təqaüd sahəsində hökumət monopolist olmasa bunu özəl sektora versə həm öz yükünü azaldar, həm də daha yüksək təqaüd fondları yaradıla bilər. Bu fondlar öz aralarında rəqabətə başlasalar udan yalnız xalq olur. Türkiyə, Qazaxıstan bu sistemlə hərəkət edir. Nə qədər ödəyirsən o qədər də alırsan. Burda dövlətin üzərinə düşən məsuliyyət həmin fondların şəffaf fəaliyyət göstərməsinə nəzarət etməkdən ibarətdir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: