Now Reading:
Binəli Yıldırım Nikol Paşinyanın bəyanatına münasibət bildirib
Full Article 30 second read

Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq” açıqlamasına münasibət bildirib.

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, B. Yıldırım bildirib ki, əvvəlcə Ermənistan uzun illərdir Türkiyənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına qarşı iddialarından əl çəkməlidir: “Əgər Ermənistan bu iddialarından imtina edərsə və yeni bir səhifə açmaq istəyərsə, bunlarla bağlı detalları görüb, cavab verə bilərik. Biz başda qonşularımız olmaqla, heç kimlə düşmən olmağı arzu etmirik. Belə bir təklif varsa, ölkəmizin maraqları çərçivəsində dəyərləndirə bilərik”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.