Now Reading:
‘Bayram yarmarkalarında bazar qiymətləri…’
Full Article 2 minutes read


Ölkədə təhsilə diqqət, kənd təsərrüfatı məhsulları yarmarkalarında qiymətlərdən narazılıq, hökumətin manatla bağlı siyasəti və başqa məsələlər medianın aparıcı mövzularındandır…

«Şəhər sakinləri yarmarkalarda belə qiymət gözləmirdilər»

«Exo» qəzetində «Kənd təsərrüfatı yarmarkaları Bakı sakinlərini məyus etdi?» sərlövhəli yazı oxumaq olar.

Müəllif bayram yarmarkalarında məhsulların qiymət və keyfiyyətini Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla müzakirə edib.

Yazıda bildirilir ki, Novruz bayramı münasibətilə Bakı və Sumqayıtda növbəti dəfə kənd təsərrüfatı yarmarkaları təşkil edilib. Yarmarkaların piştaxtalarına müxtəlif məhsullar çıxarılıb. Müəllifin vurğulamasına görə, yarmarkaya çıxarılan məhsulların bir elə də alıcıları yoxdur. «Səbəb də budur ki, ərzaq mallarının qiymətləri sözün əsl mənasında yerli sakinləri məyus edib», – deyə AİB sədri E.Hüseynov «Exo» qəzetinə bildirib.

Ekspert xatırladıb ki, məmurlar yenə də yarmarkalarda qiymətlərə nəzarətin gücləndiriləcəyi vədi veriblər, amma buna tam əməl olunmayıb.

E.Hüseynovun deməsinə görə, yarmarkalara çıxarılan məhsulların əksəriyyətinin qiyməti başqa satış məntəqələrindən bir elə də fərqlənmir: «Bu yarmarkalar alıcıları təkcə mal çeşidi çoxluğu ilə yox, həm də məhsulların əlverişli qiymətləri ilə cəlb etməlidir. Bakıda isə hər şey başqa cürdür. Şəhər sakinləri belə qiymət gözləmirdilər».

QHT rəhbəri deyib ki, bu prosesi inzibati üsullarla tənzimləmək mümkün deyil. Onun fikrincə, burada çıxış yolu prosesə daha çox fermer cəlb etməklə bazarda rəqabət mühiti yaradılmasındadır.

azadliq.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.