Now Reading:
Başında İlham Əliyevin durduğu seçki korrupsiyası
Full Article 4 minutes read

Başında İlham Əliyevin durduğu seçki korrupsiyası

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Xaliq Bahadır

Ölkədə daha bir saxta seçki! Hakimiyət daha 7 illiyə seçki cinayəti yoluyla ələ keçirdi. Dördüncü yol özünü prezident “seçdirən” İ. Əliyev yandaşları ilə birlikdə özünün Azərbaycan xalqı üzərində yeni “seçki qələbəsini” bayram etdi. Yalanlarla dolu çıxışla İ.Əliyev Azərbaycanı “daha uğurlu gələcəyə” aparacağından danışdı. Sözsüz, bununla da o, xalqa özünün çoxillik, çoxsaylı yalanlarından birini söyləmiş oldu. İ.Əliyev, özünün dediyi kimi, ata kursuna bağlı qalaraq, yağıcasına soyub-yağmalama yoluyla Azərbaycanı Günüey Qafqazın ən yoxsul-yolsuz ölkəsinə çevirib.
BMT göstəricilərindən də göründüyü kimi, doğal resursları aşıb-daşan Azərbaycan doğal resursları yox yerində olan başqa Güney Qafqaz ölkələrindən – Gürcüstanla “Ermənistan”dan – qat-qat geri qalır. Azərbaycan yalnız ekonomika baxımından deyil, təhsil, səhiyə sistemlərinin çöküşü baxımından da darmadağın durumdadır. Bircə fakt: yaşayış minimumunun 130 manat olduğu Azərbaycanda müəllimin, həkimin aylığı 200 manatdır. Pensiyalar da eləcə. Bu isə yurddaşları yolsuzluğa sürükləməyə yönəlik açıq dövlət terrorudur!
Az bir arada ölkəyə təkcə neftdən 350 milyard dollar pul gəlib. O pulla bütün Azərbaycanı söküb yenidən qumaq, üstəlik, yüksək texnologiyalı, buna uyğun olaraq da yüksək gəlirli ekonomika yaratmaq olardı. Bunlar yoxdur. İ.Əliyevin böyük hay-küylə açdığı zavodların biri də bu gün işləmir: Nazlıfan zavodundan Velosiped zavodunadak. Bütün bunların yerinə İ.Əliyevin xalqı aldatma – yalan zavodu bütün gücüylə işləməkdədir. Yalan televiziyaları bu “zavodun” başlıca “istehsal” obyektləridir! Şəhid anasının 280 manat işıqpulu borcuna görə özünü öldürdüyü ölkədə, işsizlikdən, dolanışıq dözülməzliyindən üç ayda 51 gəncin özünü öldürdüyü ölkədə dördüncü yol özünü prezident seçdirmək bu ölkəni sonunadək satıb-sovmaq, bu xalqı sonunadək əzib yenmək istəyindən soraq verən görsənişlərdir!
Uzun illərdir bütün seçki öncələri (prezident, parlament seçkiləri) Rauf Arifoğlu kimi rejim əlaltıları “bu seçkini” udandan sonra İ.Əliyevin “indiki” korrupsioner komandanı buraxıb gənclərdən yeni, rüşvətdən uzaq komanda formalaşdıracağını yazır. Sözsüz, o yazılar PA-dan gələn pullu göstərişlə yazılır. Beləcə, illərlə bütün seçkilər terror-saxtalaşdırma yoluyla udulur, 25 ilin korrupsiya komandası isə dəyişməz qalır. İ.Əliyev o korrupsiya komandasının, korrupsiya ideologiyasının yetirməsi olduğu üçün başqa cür ola da bilməz. KQB generalı H.Əliyevin düzüb-qoşduğu o komanda bütünlüklə bəlli ailəyə bağlı korrupsioner hakimiyətin, korrupsioner dövlətin qoruyucusu olaraq düşünülüb.
Korrupsioner hakimiyət, korrupsioner dövlət faktoruna bağlı çoxillik cinayətlər nə yolla olur olsun hakimiyəti qoruyub saxlama gərəyinə çevrilir. Bu üzdən də istər içdə, istər dışda soyub-yağmalama yoluyla, dövlət bedcəsini dağıtmaqla rüşvətvermə-satınalma mexanizmini durmadan işlətmək qaçılmazlığa çevrilir. Bunu indiki saxta seçki öncəsi dövlət büdcəsindan ayırmalarla bağlı araşdırmalardan da görmək olar.
Seçkiyə bir ay qalmış İ.Əliyev özünü prezident seçdirmək, prezidentliyini qarantiyalamaq üçün qanunsuz olaraq dövlət büdcəsindən çoxsaylı ayırmalar etdi: Azərsudan SOKARadək. 100-150 milyon arasında çoxsaylı böyük ölçülü ayırmalar oldu. Bunların seçki korrupsiyası üçün ayrıldığı bəlli idi. İçdə, dışda seçki ilə bağlı gərəkən qurumları, adamları, ayrıca olaraq gözləmçiləri (müşahidəçiləri) satın almağa, gərəyincə yedirib-içirməyə milyonlar gərəkirdi. Bir daha vurğulamaq gərəkir: bütün bunlara görə bir ay qabaqdan bir çox qurumların adına dövlət büdcəsindən 100-150 milyonluq çoxlu ayırmalar olmuşdu. Bunların statistikası çoxdsan bəllidir. Ortada ilk baxışda anlaşılmazlıq doğuran başqa bir statistika da var. İ.Əliyev seçkiyə bir həftə qalmış dövlət büdcəsindən qabaqkı böyük ayırmalara paralel (paralel!) yeni, ancaq, azölçülü ayırmalar edib. Baxın: təhsil – 4. 392.000; su – 45. 000. 000; xalça – 2. 000. 000; su – 2. 800. 000; asan xidmət – 5. 000. 000; yol – 10. 000. 000; təhsil – 4. 461. 000; səhiyə – 7. 600. 000; təhsil – 2. 595. 000.
Bir ay qabaqkı baş ayırmalardan sonrakı ayırmaları görün! Bunlar qabakı korrupsiya ayırmalarının yetərsiz olduğunu göstərən faktlardır. Ayrılan pullar rüşvət olaraq, sözsüz, hansısa hakimiyət adamlarının əlilə paylanır. O damlar isə korrupsioner rejim adamları olaraq ordan-burdan daldalamaqla özlərinə də pay götürürlər: ən yuxarıdan ən aşağılaradək. Beləliklə də, yeni-yeni ayırmaılara gərək yaranır. Baxın, az qala bir ildi ölkədə Təhsil naziri yeri boşdur. Bununla belə Təhsil sisteminə dönə-dönə ayırmaları görün. Təhsil sistemni dağıtmaqla xalqı düşüncəsiz köləyə çevirmək Əliyevlərin dövləti yönətim politikalarında başlanğıcdan başlıca yer tutub, tutmaqdadır.
İllərdən bəri özlərini topluma “müxalifət lideri” olaraq sırımağa çalışan Sabir Rüstəmxanlı, Mirmahmud Mirəliolğlu, Pənah Hüseynov kimilərinin partizancasına susqunluğunun, Rauf Arifoğlu, Azər Həsrət, Vüqar Ahmədov kimilərinin ayrıca aktivlik sərgiləmələri fakının arxasında da yuxarıda sözügedən büdcə ayırmalarına bağlı satınalmalar dayanır. İç satınalmalar başlıca olaraq iki yolla gerçəkləşdirilir: qrant ayırmaqla, aylıq paketlərlə…

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.