Now Reading:
Başçı köməkçisinə cinayət işi açıla bilər – Ağcabədidə
Full Article 50 second read

Başçı köməkçisinə cinayət işi açıla bilər – Ağcabədidə



Ağcabədi icra başçısının oğluna cinayət işi açıla bilər. 24saat.org-a verilən məlumata görə, Şahin Məmmədovun köməkçisinin 6-cı sinif şagirdini döyməsi faktı hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.

Başçının köməkçisi Xaliq Mirzəyev oğlu Ayxanın oxuduğu 11 saylı məktəbin 6-cı sinif şagirdi Rəvan Oruc oğlu Səfərovu döyüb. Bununla bağlı O.Səfərov polisə şikayət edib. Amma icra başçısının köməkçisi hələlik məsuliyyətə cəlb olunmayıb. Məmur köməkçisi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işi ört-basdır etməyə, şagirdin atasını dilə tutmağa çalışır. Qeyd edək ki, X.Mirzəyev R.Səfərovu tədris otağına salaraq qapısını bağlayıb. İcra başçısı köməkçisinin bu addımı atmasına səbəb Rəvanın Ayxanın 20 qəpiyini alıb, geri qaytarmaması olub. İki azyaşlı uşağın uşaq hərəkətlərinə valideynin kobud müdaxiləsi məsələnin böyüməsinə səbəb olub və rayon ictimaiyyətində əməllicə narazılıq yaradıb. Ağcabədi rayon sakinlərinin məlumatına görə, Xaliq Mirzəyev icra başçısı Şahin Məmmədovla həm də qohumluq əlaqələrinə malikdir. Elə rayon icra başçısının köməkçisinin bunca ərköyünlüyünü də qohumuna güvənməsi ilə bağlayırlar.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.