Now Reading:
“Barselona”dan şok baş məşqçi seçimi
Full Article 40 second read

“Barselona”dan şok baş məşqçi seçimi



Mövsümün sonunda istefa verəcəyini açıqlayan Luis Enrikenin yerinə baş məşqçi axtaran “Barselona”nın siyahısındakı daha bir mütəxəssisin adı müəyyənləşib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu sabiq üzvü Oskar Qarsiyaya elçi düşüb.

Belə ki, klub rəhbərliyinin hədəfində “Zalsburq”u çalışdıran Oskar Qarsiya var. Sport.es-in xəbərinə görə, “Barselona”nın onu hədəfə almasının əsas səbəbi klub sistemini yaxşı bilməsidi. Qarsiyanın bu posta ən real namizəd olduğu bildirilir.

Qeyd edək ki, Oskar Qarsiya 1984-1999-cu illərdə “Barselona”da oynayıb. 43 yaşlı ispan 2010-2012-ci illərdə Kataloniya klubunun gənclər komandasını çalışdırıb.

O, indiyədək böyük klublardan heç birini çalışdırmayıb. Bundan əvvəl İngiltərənin “Brighton & Hove Albion”, “Uatford” və İsrailin “Makkabi” (Təl-Əviv) klublarını çalışdıran mütəxəssis 2015-ci ildən başçılıq etdiyi “Zalsburq”la Avstriya çempionluğunu və kubokunu qazanıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.