Now Reading:
Bakirəliyi pozmaq üçün kirayələnən “kaftar” həbs olunub – VİDEO
Full Article 40 second read

Bakirəliyi pozmaq üçün kirayələnən “kaftar” həbs olunub – VİDEO



Malavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib.

Oxu.az xəbər verir ki, “kaftar” kimi tanınan seks işçisi Eric Aniva haqqında keçən həftə BBC-də geniş məqalə dərc edilmişdi.

O, nəşrə bildirib ki, onu kirayələyənlərə HİV-ə yoluxması barədə heç nə deməyib.

Ölkə başçısı Peter Mutharika bildirib ki, polis onun etiraf etdiyi əxlaqsızlığa görə araşdırma apararaq ona qarşı ittiham irəli sürməlidir.

Malavidəki cinsi “təmizləmə ənənəsi” barədə yazı hazırlamış BBC müxbiri Ed Butler bildirir ki, ölkənin cənubundakı bəzi ucqar bölgələrdə qızların ilk aybaşından sonra kişi ilə cinsi əlaqəyə girməsi ənənəsi mövcuddur.

Məlumatda qızlardan bəzilərinin 12 yaşda olduğu bildirilir.

Malavi mədəniyyətində “kaftar” adətən dul qadın və ya uşağı olmayan evli qadınla cinsi əlaqəyə girən kişiyə deyilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.