Now Reading:
Bakıda “Trump Tower”in adı sökülür – Fotolar
Full Article 40 second read

Bakıda “Trump Tower”in adı sökülür – Fotolar



Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelinin adı sökülür.

Qafqazinfo”nun məlumatına görə, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbaycanın Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant” Holdinqdir.

 

Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar
Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar
Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar
Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.