Now Reading:
Bakıda Stalinə verilən əlyazmanın sirri — Oğru dünyasının konstitusiyası belə yazıldı
Full Article 5 minutes read

Bakıda Stalinə verilən əlyazmanın sirri — Oğru dünyasının konstitusiyası belə yazıldı



Cinayət aləmində heç kəs qanuni oğruların necə yarandığını dəqiq bilmir. İlk kriminal avtoritetlərin kim tərəfindən təsdiqləndiyi barədə müəyyən versiyalar mövcuddur. Maraqlıdır ki, ilk oğru anlayışlarının məhz Stalin tərəfindən ortaya atıldığı barədə maraqlı teoriya var.

 

Qanuni oğru

Qanuni oğru cinayət aləmində ən ali kasta sayılır. Kriminal dünyanın ən yüksək pilləkəninə qalxmaq üçün sadəcə cani olmaq kifayət etmir. Burada müəyyən qanunlar var: hər sözünə cavabdeh olmalısan. Söz verdinsə, əməl etməlisən. Qanuni oğru kimi ad verilən şəxsin bütün cinayət fəaliyyəti və həbsxana dövründə heç kəs onun haqqında pis bir ifadə işlətməməlidir. Tacqoyma mərasimindən əvvəl bütün həbsxanalara “malyava” deyilən məktub göndərilir. Məktubda bütün məhkumlara sual ünvanlanır. Suala əsasən, qanuni oğru namizədinin heç kəsi haqsız yerə incidib-incitmədiyi soruşulur.

Koba, Bakı həbsxanası və əlyazma

20-ci əsrin əvvəllərində İosif Cuqaşvili (Stalin) Bakı həbsxanasında cəza çəkib. Onun ləqəbi Koba idi. Koba bank qarət etdiyi üçün həbsə atılmışdı. Həbsdə olduğu müddətdə İosif köhnə zeklə (uzunmüddət həbsdə yatan nüfuzlu şəxs) tanış olur. Deyilənlərə görə, məhz bu zek Kobaya cinayət dünyasının qanunlarını yazılı surətdə ötürür.

Oğru anlayışı:

Siyasətə qarışmamaq;
Kommersiya ilə məşğul olmamaq;
Həbsdə olanlara kömək etmək;
Oğru obşakına pul ödəmək;
Adətlərə boyun əymək;
Avtoritetə əl qaldırmamaq;
Oğrunun heç bir mülkü, ailəsi və uşağı olmamalıdır.

Koba bu siyahıda insanları idarə etmək üçün ideal sistem gördü. SSRİ-nin həyat tərzi və siyasətinə bu qanunların bir çoxu uyğun gəlir.

Stalin və qanuni oğrular

Deyilənlərə görə, Stalin hakimiyyətə gəldikdən sonra SSRİ-də bütün cinayət aləminə nəzarət etməyə başlayır. Onun fitvası ilə canilər sosial-yaxın element sayılırdılar. Siyasi dustaqlardan fərqli olaraq, caniləri briqadir təyin edir, əfvə salır və vaxtından əvvəl azadlığa buraxırdılar.

Stalinin gizli əmri ilə xalq komissarlarının tərkibində cinayət dünyasından avtoritetlər yaratmaq üçün 6 şöbə təsis edildi. Stalin bu avtoritetlərin köməyi ilə bütün cinayət aləmini idarə etmək istəyirdi.

Adi həbsxana yerinə islah-əmək koloniyaları yaratmaq fikrini Stalinə Türkiyə yəhudisi Naftaliy Frenkel verib. O, məhkumlardan pulsuz işçi qüvvəsi kimi istifadə etməyi təklif edir.

Koloniya rəhbərliyi dustaqları idarə etmək üçün daxili rıçaqlara ehtiyac duyurdular. Bu səbəbdən oğru aləminin yaranmasına göz yumuldu.
1940-cı illərin sonunda qanuni oğrların sayı minlərlə idi və bu artıq böyük bir gücə çevrilmişdi. Belə bir güc rəsmi rəhbərliyi narahat etməyə başlamışdı. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə adı altında oğruları öldürməyə başladılar.

Bu qarşıdurmanın final akkordu Solikamda 5 nömrəli islah-əmək koloniyasının yaradılması oldu. 1956-cı ildə bütün qanuni oğruları bu həbsxanaya yığdılar. Avtoritetlər arasında hakimiyyət uğrunda amansız mübarizə başladı və onların sıraları kifayət qədər seyrəldi. 50-ci illərdə oğru qvardiyasının cəmi 3 faizi qalmışdı.

Rusiyada siyasi və iqtisadi böhranın baş verdiyi 80-90-cı illərdə oğru elitasının yeni intibah dövrü başladı. Böhran hakimiyyəti zəifləmişdi və nəticədə cinayət aləmində yeni avtoritetlər meydana çıxdı.

Bu gün keçmiş MDB məkanında qanuni oğruların sayı 400-1000 nəfər arası dəyişir. Onlar oğru qanunlarına rayət edir, oğru kodekslərini yaşadırlar.

Qanuni oğru olmaq

Qanuni oğru olmaq üçün sxodka (qanuni oğruların toplantısı) keçirilməlidir. İştirakçılar namizəd haqda məlumat əldə etmək üçün bütün həbsxanalara məktub göndərirdilər.

Qanuni oğru olmaq üçün:
İki avtoritetin tövsiyəsi;
Hakimiyyət nümayəndəsi ilə əlaqəsinin olmaması;
Qumar borcunun olmaması;
Təhqir olmayan xidmət siyahısı;
Və s.

Əgər əldə edilən məlumatlar kodekslərə uyğundursa, tacqoyma mərasimi keçirilir. Təbii ki, heç bir tacdan söhbət getmir, sadəcə tədbir belə adlandırılır. Avtoritet xəncərlə deşilmiş ürək və ya başında tac olan qartal döyməsi vurdurur. Bununla yanaşı, oğru qanunlarına riayət etməyə və satqınlıq olsa, özünə qəsd etmək barədə and içilir.

Müasir dövrdə oğruların artıq ailəsi, mülkü, bahalı avtomobilləri də var.

Digər versiyalar

SSRİ-də qanuni oğruların sələfləri 1917-ci ildə baş verən Oktyabr İnqilabından sonra üzə çıxdı. Cinayət aləmi tezliklə proletariat diktaturasının şərtlərinə uyğunlaşdı. Siyasi qarşıdurma, xaos və iqtisadi böhran kriminal qruplaşmaların yaranmasını sürətləndirdi. Bu qruplaşmalar quldurluq və oğruluq, sovet hakimiyyətinin destablizə edilməsi üçün istifadə edildi. O dövrdə cinayət aləmində iki əsas istiqamət ayrıldı. Birinci istiqamətə inqilabdan əvvəlki dövrdə staj toplamış cinayətkarlar, ikinci istiqamətə isə ideoloji fikirlərinə görə bolşeviklərin cinayət aləminə qoşulmuş siyasi opponentləri daxil idi.

Birinci kateqoriyaya aid canilər kriminal aləmə tam alışmışdılar və yeni şərtlərdə köhnə ənənəni yaşadırdılar. İkinci kateqoriyaya aid canilər isə heç bir təcrübəyə sahib olmasalar da, asanlıqla yeni şərtlərə uyğunlaşdılar və qısa müddətə cinayət dünyasında liderə çevrildilər. Çünki bu şəxslər köhnə canilərə və yeni hakimiyyətin qanunverici orqanlara təyin etdikləri qanun keşikçilərinə nisbətən daha savadlı idilər.

Yeni qruplaşmalar

Yeni qruplaşmalar “jiqan”lar tərəfindən idarə edilirdi və onlar “şpana” da adlandırılırdı. “Jiqan”lar köhnə kriminal dünyanın qanunlarını yeni şərtlərə uyğunlaşdırdılar və bunu geniş kütlə arasında yaymağa başladılar.

“Jiqan”lar tərəfindən qurulan qayda və qanunlar yeni siyasi rejimə ideoloji müxalifət yaratmağa yönəlmişdi və bunlardan ibarət idi:

Cəmiyyətin xeyrinə hansısa bir işi görmək qadağan edilmişdi;
Rəsmi sürətdə ailə qurmaq qadağan edilmişdi;
Dövlətin müadifəsi üçün əlində silahla hərbi əməliyyatlarda iştirak etmək qadağan edilmişdi;
Rəsmi hakimiyyət nümayəndələri ilə əməkdaşlıq qadağan edilmişdi.

Bu qaydalar yeni adətlərin formalaşdırılması üçün ilk addım oldu. Bununla yanaşı, döymələr, jarqonlar, jestlər, emosional elementlər (mahnı, şer və hekayələr) yarandı.

Daxildə amansız rəqabət gedirdi. Nəticədə cinayət aləmi ənənəvi cani adətlərinə sadiq qalan köhnə rejim tərəfdarları ilə jiqanlara bölündü. Jiqanların idarə etdiyi aşağı səviyyəli cinayət qruplaşmaları (urkalar) liderlərə tabe olmaqdan boyun qaçırdılar və onlar arasında müharibə başladı (20-30-cu illər).

Bir neçə qanlı toqquşmadan sonra urkalar və onları dəstəkləyən bir neçə oğru qələbə qazandı. Bu isə köhnə adətlərə uyğun yeni qaydalar yaranması ilə nəticələndi.

Hikmət
Ölkə.Az

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.