Now Reading:
Bakıda məmur yol qəzasında öldü
Full Article 40 second read

Bakıda məmur yol qəzasında öldü



Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Anspress xəbər verir ki, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb. 10-UK-280 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan 1979-cu il təvəllüdlü Ramin Mərdan oğlu Qurbanov hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.

Hadisə zamanı minik maşını deformasiyaya uğrayıb, ağır bədən xəsarətləri alan 37 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Qəzaya ilkin ehtimal hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşilması göstərilir.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ölən 37 yaşlı Ramin Qurbanov Xətai rayon əhalinin sosial müdafiəsi mərkəzində mütəxəssis işləyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: