Now Reading:
Bakıda bir ailə mənzildə uşaqları ilə birlikdə yanaraq öldü
Full Article 40 second read

Bakıda bir ailə mənzildə uşaqları ilə birlikdə yanaraq öldü



Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının ümumi sahəsi 210 kv.metr olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 kv.metr sahədə yanmışdır.


24saat.org “Report”a istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il təvəllüdlü Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilmişdir.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.