Now Reading:
Bakıda biabırçı hadisə: Bacısının əməliyyat pulunu futbolda uduzdu – FOTO
Full Article 40 second read

Bakıda biabırçı hadisə: Bacısının əməliyyat pulunu futbolda uduzdu – FOTO

Dünən Bakıda maraqlı olay baş verib. Bir nəfər gənc Bakı şəhər sakini bacısının əməliyyat pulunu evdən oğurlayaraq qumara yatırıb. Nəticədə pulu uduzub.


Bizimyol.info xəbər verir ki, dünən Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Maltanın “Birkirkara” klubu ilə qarşılaşan Şotlandıyanın “Hearts” klublarının oyununa, Bakı şəhər sakini Bəxtiyar Əliyev nə az, nə çox 5000 min manat pul yatırıb. Komandaların heç-heçə ilə nəticələndiyi oynuna küllü miqdarda pul yatıran Bəxtiyar Əliyev, saytımızın əməkdaşına bacısının əməliyyat olunmaq üçün bu pulun kifayət etmədiyini, ona görə də əməliyyat pulunu artırmaq məqsədi ilə belə addım atdığını bildirib.
Qeyd edək ki, “Birkirkara”-“Hearts” oyunu 0-0 bərabərə bitib. Məbləği Topaz məntəqələrinə deyil, qara bazara yatıran Bəxtiyar Əliyev, sonradan pulu geri almaq istəsə də, onun bu istəyi baş tutmayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.