Now Reading:
Bakıda adam vuran ”Range Rover”in sürücüsü xanım imiş… – FOTO
Full Article 40 second read

Bakıda adam vuran ”Range Rover”in sürücüsü xanım imiş… – FOTO



Bakıda iki gün əvvəl ”Range Rover” markalı avtomobilin piyadanı vurub qaçması barədə xəbər vermişdik.

İyunun 5-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ”Range Rover” markalı avtomobil Yavər Əliyev küçəsindəki piyada keçidində yolu keçmək istəyən kişini vurub. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşüb. Yaralı ağır vəziyyətdə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Avtomobil isə gəldiyi sürətlə də hadisə yerindən qaçıb.

Criminal.az-ın əldə etdiyi məlumata görə, ”Range Rover”in sükanı arxasında xanım olub. Sabunçu rayon Polis İdarəsindən maşının sükanı arxasında xanım sürücü olduğu təsdiqlənsə də, onun qaçmasını təkzib etdilər. Bildirildi ki, sürücü piyadan vuran an qorxub və avromobili hadisə yerindən kənarda saxlayıb. Lakin polis xanım sürücünün kimliyini açıqlamır.

3 saylı Şəhər Xəstəxanasından isə Criminal.az-a bildirildi ki, yaralının vəziyyəti ağır olaraq qalır.

Criminal.az

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.