Now Reading:
“Bəzi qüvvələr Azərbaycanda sünni-şiə problemini qızışdırmaq istəyirlər”
Full Article 1 minutes read

“Bəzi qüvvələr Azərbaycanda sünni-şiə problemini qızışdırmaq istəyirlər”

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Azərbaycanda xristianlığın dini cərəyanlarından daha çox islamın radikal cərəyanlarının təhlükə törətmək ehtimalı var”.
Bu açıqlamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib.
O bildirib ki, Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir: “96 faizin də 70 faizi şiə, 30 faizi əhli-sünnədir. Amma bu faizi dəqiq şəkildə demək də çətindir. Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib. Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər”.
M.Qurbanlı onu da deyib ki, Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir. Ziyarətə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan:
“Bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra ona cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli gəlin”.
Komitə sədri bildirib ki, dində etdiyin əməli gözə soxmaq olmaz:
“Bu, böyük günahdır. Bəziləri az qala hamıya deyir ki, oruc tutram, namaz qılıram. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən? Bəziləri isə məsciddən çıxıb dinə zidd hərəkətlər edirlər. Bu, yolverilməzdir”.
trend, report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.