Now Reading:
Bələdiyyə sədrini və ərini öldürənin məhkəməsi başladı
Full Article 40 second read

Bələdiyyə sədrini və ərini öldürənin məhkəməsi başladı



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib.

Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. Belə ki, 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında Həsənovların evinə gəlib və mübahisə yaranıb.

Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.