Now Reading:
“Azneftmaş”da partlayış-yanğın olub
Full Article 40 second read

“Azneftmaş”da partlayış-yanğın olub



Bu gün, fevralın 26-da Mingəçevir şəhərindəki “Azneftmaş” Açıq Səhmdar Cəmiyyətində (ASC) partlayış olduğu bildirilir.

Günorta saatlarında qeydə alınan hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları – 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilovun müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı deyilir. Yaralıların Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mingəçevir şəhərində fəaliyyət göstərən “Azneftmaş” ASC-də əsasən, neft və qaz mədənlərinin istismarında istifadə olunan avadanlıqların istehsal edildiyi bildirilir. (Report)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.