Now Reading:
Azad Rəhimov ittiham edilir: “İdmançı qızlara telefon verib əvəzində…”
Full Article 1 minutes read

Azad Rəhimov ittiham edilir: “İdmançı qızlara telefon verib əvəzində…”

“Özünə hörmət edən adam xalxın qızlarından yazmaz, öz nəticələrindən yazar”

24saat.org saytı xəbər verir ki, peşəkar boks tarixində ilk azərbaycanlı Avropa çempionu olduğunu iddia edən (WBA-versiyasi 03.09.2011-ci il ) Ağəli Əlişov facebook sosial şəbəkəsində paylaşdığı statusla hər kəsi şok edib.



Hazırda Azərbaycanda yaşamayan idmançı statusunda bildirib ki, WBC peşəkar boks versiyasının Bakıda təşkil edilən konfransında Gənclər və İdman naziri Azad Rəhimov dünya çempionu olan qızlara telefon hədiyə edərək onların otel otaqlarının nömrələrini öyrənməyə çalışıb.

Daha sonra Əlişov qeyd edib ki, bunu konfransda iştirak edən WBC versiyasinda dünya çempionu olan 2 qadın boksçudan eşidib. “Onlara da bu təklifi edibmiş. İnanın bunu eşidəndə onun yerinə mən xəcalət çəkdim, utandım ki,bu çür cılız düşüncəyə malik olan biri mənim ölkəmin naziridir” deyə o əlavə edib.

24saat.org saytı məsələ ilə bağlı Gənclər və İdman nazirliyinin mövqeyini öyrənib. Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məsələyə münasibət bildirən zaman vurğulayıb ki, bəsit və mənasız suala cavab vermək istəmirəm. “Özünə hörmət edən adam xalxın qızlarından yazmaz, öz nəticələrindən yazar”.  Daha sonra o qeyd edib ki, belə bir iddia tam yalandır.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: