Now Reading:
“Az-Granata”MMC – nin məhsullarını alarkən ehtiyyatlı olun – XƏBƏRDARLIQ
Full Article 2 minutes read


Biz, Realliqinfo.com olaraq dəfələrlə “Az-Granata”MMC-nin Ağsuda yerləşən şirə və şərab emalı zavodunun istehsal etdiyi məhsulların insan həyatı üçün təhlükəli olduğunu qeyd etmişik. Lakin buna baxmayaraq MMC rəhbərliyi, çoxsaylı şikayətlərə məhəl qoymayaraq qanunsuz fəaliyyətini davam etdirir.

Bir neçə gündür ki, “Az-Granata” MMC-nin məhsulları ilə bağlı redaksiyamıza müraciətlər çoxalmaqdadır. Vətəndaşlar MMC-nin spirtli içkilər və şirə emal edən zavodunun məhsullarından zəhərləndiklərini bildirirlər. Redaksiyamıza müraciət edən Elşən Əliyev qeyd edir ki, o “Az-Granata” MMC-nin Ağsu şərab zavodunun istehsalı olan “Belıy Volk” arağından istifadə etdikdən sonra baş ağrıları hiss edib. Bir müddət ağrılara əhəmiyyət verməyən vətəndaş daha sonra qusmağa başlayıb. Vəziyyətinin ağırlaşdığını görüb həkimə müraciət edən E.Əliyev müayinədən sonra zəhərləndiyini bilib. Vətəndaş saytımız vasitəsilə adıçəkilən məhsullardan istifadə etməməyi tövsiyyə edir.

Digər müraciət sahibi Məmmədov Məqami isə qeyd edir ki, o “Az-Granata”-nın istehsalı olan “Vita 1000” şirələrini alıb. Həmin şirələrdən istifadə edəndən sonra halı dəyişib. Və məlum olub ki, keyfiyyətsiz şirədən zəhərlənib. Vətəndaş bildirir ki , şirədən istifadə zamanı vaxtı keçmiş məhsulun dadını hiss edib. Lakin qabın üstündə tarixə baxdıqda məhsulun istifadə müddətinin bitmədiyi görünüb.

“Az-Granata” MMC – nin məhsullarının insanların həyatı üçün yaratdığı təhlükələr davam edir. İstehsal edilən spirtli içkilərin üzərində istifadə müddətinin yazılmaması qanunsuzluq olsa da, zavod rəhbərliyi niyyətindən əl çəkmir.
“Az-Granata” MMC-nin rəhbəri, “SOCAR”-ın vitse-prezidenti Mikayıl İsmayılovun və icraçı direktor Rövşən Fərhadovun baş verən faklara biganə münasibəti və şəxsi maraqlarına uyğun fəaliyyəti aidiyyatı qurumları narahat etməlidir. Əks təqdirdə daha ciddi problemlərin yaranmasının və kütləvi zəhərlənmələrin şahidi ola bilərik.

Realliqinfo.com – a müraciət edən digər vətəndaşların məktublarında qeyd olunan faktlar araşdırılır. Ümid edirik ki, “Az-Granata” MMC rəhbərliyi fəaliyyətindəki nöqsanlar aidiyyatı qurumlar tərəfindən araşdırılacaq və dövlət vergisindən yayındırılan vəsaitlərin dövlət büdcəsinə qaytarılmasınıtəmin edəcəklər.
Yazıda qeyd olunan faktlarla bağlı “Az-Granata” MMC – nin rəhbərliyinin və məsul şəxslərinin münasibətini öyrənməyə çalışdıq. Lakin müəssisədən sorğularımızı cavablandıran tapılmadı. MMC-nin hüquqşunasına ünvanladığımız müraciət də cavabsız qaldı. Mövzuya qayıdacağıq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.