Now Reading:
“Azərsu”da yeni xidmət
Full Article 50 second read

Mayın 1-dən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yeni xidməti abonentlərin istifadəsinə verib.

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

 

Trend-in məlumatına görə, bunu qurumda keçirilən mətbuat konfransında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin İKT departamentinin rəhbəri Emil Əhmədov deyib.

O qeyd edib ki, yeni xidmət oxucu müştəri xidmətidir: “Abonent bu xidmət vasitəsilə istifadə etdiyi suya görə ödənişi elektron formada edə biləcək. Bunun üçün abonent “elektron.gov.az” portalına daxil olaraq xidməti seçir, həmin xidmətə sayğacın zavod nömrəsini, plomb nömrəsi, sayğacın şəklini çəkib göndərir. Müraciətə qəbul olunandan sonra 5 iş günü müddətində baxılır və elektron formada faktura abonentə göndərilir. Abonent həmin fakturanı elektron formada ödəyir”.

E.Əhmədov bildirib ki, bu xidmət abonentlərin “Azərsu” nəzarətçiləri ilə təmasını azaldır: “Xidmətdən istifadə məcburi deyil. Əgər abonent kiminsə onu narahat etməsini istəmirsə, bu xidmətdən istifadə edə bilər. Bəzən nəzarətçilər abonentin ünvanına gedəndə qapını açmırlar və nəticədə yanlış hesab-faktura ortaya çıxır. Bu xidmət belə hallara da son qoyacaq”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.