Now Reading:
Azərbaycanlılar Danimarkada mitinq keçirəcək
Full Article 30 second read


Sabah Danimarkada yaşayan azərbaycanlılar Kopenhaqendə fəaliyyət göstərən Türkiyə səfirliyinin qarşısında izdihamlı mitinq keçirəcək.

Bu barədə Modern.az saytına Danimarkada fəaliyyət göstərən Azərbaycan diasporunun -“Vətən” Cəmiyyətinin rəhbəri Səfər Sadıqlı məlumat verib.

O bildirib ki, mitinqdə Danimarkada fəaliyyət göstərən türk, türkman və Azərbaycan cəmiyyətləri iştirak edəcək. Mitinq Türkiyənin “Zeytun Budağı” əməliyyatını dəstəkləmək, o cümlədən PKK terror təşkilatının Türkiyə səfirliyi qarşısında türk bayrağını təhqir etməsinə qarşılıq vermək məqsəsilə keçirilir:

“Danimarka Vətən Cəmiyyəti olaraq, Danimarkada yaşayan azərbaycanlıları bu mitinqə dəvət edir və hər zaman türk qardaşlarımızın yanında olduğumuzu bildiririk”-deyə bildirilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.