Now Reading:
Azərbaycanlı Rusiyada qızılla dolu paket tapdı və…
Full Article 50 second read


Rusiyanın Zabaykalski diyarında Azərbaycan vətəndaşı qanunsuz olaraq külli miqdarda qiymətli metal saxladığına görə mühakimə olunub.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, müttəhim Kalar rayonuna iş tapmaq məqsədilə gəlib. Kuanda qəsəbəsi ərazisində içində şlix konsentrantlı mədəndən çıxarılmış qiymətli metalların – qızıl və gümüşün olduğu polimer paket aşkarlayıb. Müvafiq icazəsi olmadan o, üç milyon rubl dəyərində olan qiymətli metalları özündə saxlayıb.

Zabaykalski diyarı məhkəmə departamenti mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir ki, həmin şəxsə qarşı cinayət işinə xüsusi qaydada baxılıb. Məhkəmə iclasında müttəhim irəli sürülmüş ittihamla tam razılaşaraq, təqsirli olduğunu və peşmançılıq keçirdiyini bildirib. Kalar rayon məhkəməsi onu təqsirli bilib.

Kimliyi açıqlanmayan Azərbaycan vətəndaşı iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. İki illik sınaq müddəti təyin olunub. Məhkəmə qərarının hələlik qanuni qüvvəyə minmədiyi bildirilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.