Now Reading:
Azərbaycanlı qadın Almaniyada həbs olundu
Full Article 30 second read


Almaniyanın Düsseldorf şəhərindən Türkiyəyə uçmağa hazırlaşan azərbaycanlı, 51 yaşlı qadın həbs olunub. Alman mətbuatının yaydığı məlumatda bu qadının insan alveri ilə məşğul olduğu bildirilir. Bəlli olub ki, adı bildirilməyən bu şəxs Bakıda turist firması yaradaraq vətəndaşları Almaniyada yerləşdirməyə çalışmaqla məşğul olub.

Əsas marşrut kimi Çexiyanı seçib və adamları Çexiya vizası ilə Almaniyaya yerləşdirməyə aparırmış. Araşdırma nəticəsində onun ən azı 32 min avro əldə etdiyi bildirilir. Qadının qaldığı evdə axtarış aparılarkən 54 pasport və sürücülük vəsiqəsi aşkar edilərək götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.