Now Reading:
Azərbaycanlı milyon dollarlıq soyğun etdi, polislə atışmaya girdi – Video
Full Article 30 second read


Ötən gün Rusiyanın Sank-Peteburq şəhərində üç maskalı şəxs zərgərlik salonuna basqın edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, silahlı şəxslər salondakıları silahla hədələyiblər. Mühafizəçi və satıcının əllərini bağlayaraq vitrinlərdən 1 milyon dollarlıq qızıl zinət əşyası ələ keçiriblər.

Daha sonra maşına minərək ərazidən uzaqlaşsalar da, polis onları təqib edib. Hüquq-mühafizə orqanları əməkdaşları ilə cinayətkarlar arasında silahlı atışma olub. Nəticədə bir polis zabiti yaralanıb, iki soyğunçu isə yaralı olaraq ələ keçib. Onlar Dağıstan və Gürcüstan vətəndaşları olublar. Azərbaycanlı olduğu bildirilən 3-cü şəxs isə gizlənməyə nail olub. Hazırda polis onun axtarışındadır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.