Now Reading:
Azərbaycanlı həkim xərçəngi məhv edən bitkinin adını açıqladı – FOTO
Full Article 50 second read

Azərbaycanlı həkim xərçəngi məhv edən bitkinin adını açıqladı – FOTO



Bu yaxınlarda Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri bildiriblər ki, nəhayət bədxassəli xərçəng hüceyrələrini məhv ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə tanınmış fito-terapevt Elnur Rəhimov məlumat verib. O, qeyd edib ki, mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapıb. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki birillik yovşanın sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə – episentrinə düşərək onları məhv etdiyini vurğulayıb. Həmin universitetin digər bir mütəxəssisi Henri Lay qeyd edib ki, bu zaman bitkinin təsir effekti “Troya atı” kimi hərtərəfli işləyir.

Onu da qeyd edək ki, 1972-ci ildə Çin farmakoloqu Tu Yuyu seskviterpen laktonu olan artemizinin əldə edib. Lakin 2015-ci ildə məhz bu alim artemizinini malyariya xəstəliyinin müalicəsində tətbiq edilən dərman preparatının əsas tərkib hissəsinə daxil edib yüksək effektivlik əldə etdiyinə görə, tibb sahəsində Nobel mükafatına layiq görülüb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.