Now Reading:
Azərbaycanın şəhid oğlu dəfn olundu – FOTO
Full Article 30 second read

Azərbaycanın şəhid oğlu dəfn olundu – FOTO



Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid Bəşirov Fikrət doğulduğu Şahağacı kənd qəbirstanlığında dəfn olunub.

Dəfn artıq başa çatıb. Bir neçə saat əvvəl şəhidin tabutu Şahağacı kəndindəki evlərinə gətirilib. Şəhidlə vida mərasimindən sonra o, torpağa tapşırılıb.

Fizuli istiqamətində ermənilərin növbəti təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu F.Bəşirov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Onun dörd gün əvvəl qız övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!

Esmira İsmayılova / İstiPress

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.